ALISA proqramı növbəti dəfə Milli Kitabxanada

ALISA proqramı növbəti dəfə Milli Kitabxanada

Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında növbəti dəfə 10 günlük treninqlər təşkil edilib. Milli Kitabxanadan SİA-ya verilən məlumata görə, "Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkminləşdirilməsi" proqramı çərçivəsində "ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunub.

Tədbirdə Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva, Milli Kitabxananın digər əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Yevlax, Laçın, Füzuli, Tərtər, Lerik, Xocavənd, Qəbələ, Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və Respublika Gözdən Əlillər Kitabxanasından mütəxəssislər iştirak ediblər.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.

Qeyd edək ki, avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq treninqlər təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə