Yazıçılar Birliyində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun rus dilində çap olunan "Девичья башня" kitabının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara hədiyyə edilməsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, AYB-nin sədri, xalq yazıçısı Anar Rzayev, xalq şairi Fikrət Qoca, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və başqaları iştirak edib.
Xalq yazıçısı Anar "Девичья башня" kitabının çapını Azərbaycan tarixi və mədəniyyəti üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Bildirib ki, sözügedən kitabda Qız Qalası haqqında fundamental araşdırma aparılıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kitabın Azərbaycan dilində çap ediləcəyini söyləyib. Diqqətə çatdırıb ki, bu tipli kitablara böyük ehtiyac var.
Qeyd edək ki, tədbirdə müəllif Həsən Həsənov kitabın yaranması ilə əlaqədar düşüncələrini bölüşüb və Qız Qalasının tarixindən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB