Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə. tədbirdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Kərim Tahirov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdıraraq, kitab-sərgi yarmarkanın yüksək səviyyədə təşkilinə görə aidiyyatı qurumlara minnətdarlıqlarını bildiriblər.
Sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.
Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB