Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Milli kinomatoqrafiyaya dəstək aksiyası çərçivəsində bu gün "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Kinomərkəzdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından bəhs edən "Uzun ömrün akkordları: Üzeyir ömrü" filminin nümayişi keçirilib.
Nəzərinizə çatdıraq ki, film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinomatoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağının daha da artırılmasıdır.
May ayında başlamış aksiyanın sentyabr ayının sonuna kimi davam etməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB