Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə Birinci Xəzər Media forumu başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev iştirak edir.
Bu hadisə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan ölkələrinin media nümayəndələri ilk dəfə bir araya gətirdi.
Bu nüfuzlu beynəlxalq tədbir Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətləri möhkəmləndirmək və KİV sahəsində, xüsusilə də yeni əməkdaşlıq istiqamətini müəyyən etmək üçün nəzərdə tutulub.
Media forumda Xəzəryanı ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, jurnalistlər, redaktorlar iştirak edirlər.
Azərbaycan tərəfindən mədəniyyət və turizm, təhsil, ekologiya və təbii sərvətlər, rabitə və yüksək texnologiyalar və digər nazirliklərin rəsmiləri və həmçinin müxtəlif redaksiyaların nümayəndələri ilə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB