Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin marketinq strategiyasına əsasən Almaniya ölkəmizə gəlmə turizmi baxımdan prioritet ölkələrdən biri kimi qəbul edilib. SİA-nın məlumatına görə, bu ölkədə Azərbaycanın turizm potensialının geniş şəkildə təbliği istiqamətində çoxşaxəli fəaliyyətlər həyata keçirilməkdir. Bu məqsədlə Nazirlik 2014-cü ildən başlayaraq "Aviareps Tourism GmbH" şirkəti ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində bütün dünyada məşhur olan "Lonely Planet Traveller" səyahət jurnalının alman dilli buraxılışının əlavəsi olaraq, ölkəmiz haqqında 6 səhifədən ibarət broşür nəşr edilib və 40 min tirajda yayılıb. Nəşrdə alman turistlərinin marağına səbəb olacaq, Azərbaycanın təbiəti, mətbəxi və mədəni irsi haqda məqalələr, Bakı şəhəri haqqında məlumatlar yer alıb. Əlavədə eyni zamanda "Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçirilən Bakı-Berlin-Bakı müntəzəm reysinin tanıdılması da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB