29 sentyabr - 02 oktyabr 2015-ci il tarixində Fransa Respublikasının Paris şəhərində keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizə məxsus milli stend quraşdırılacaq. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Həmçinin sərgidə turizm şirkətləri "Geo Travel", "Gilan Tourism", "SW travel" təmsil olunacaqlar.
Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.
2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 159 ölkədən 1800-ə yaxın şirkət təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB