Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahdağ Turizm Mərkəzində "Şahdağın hədiyyəsi" adlı aksiya altında canlı konsert proqramı keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiya zamanı turistlər 3 növ yay əyləncəsindən istifadə etmiş, həmçinin, açıq havada canlı konsert proqramı izləyiblər. Konsert proqramında tanınmış müğənnilər izləyicilərin zövqünü oxşayan musiqilər səsləndiriblər.
Aksiyaya, həmçinin, "Gənc Heydərçilər Hərbi Vətənpərvərlik düşərgəsinin" iştirakçıları da cəlb olunub. Düşərgəyə Qarabağ əlillərinin uşaqları, internat məktəblərin, liseylərin əlaçı sağirdləri, şəhid ailələrin uşaqları cəlb olunub. 200-ə yaxın uşaq Mərkəzdə pulsuz yay əyləncələrindən istifadə edib.
Qeyd edək ki, konsert proqramının sonunda əsrarəngiz atəşfəşanlıq keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB