Balkan müğənnisi müsəlman ölkəsində

Balkan müğənnisi müsəlman ölkəsində
Balkan musiqisinin görkəmli nümayəndələrindən sayılan, dünya şöhrətli musiqiçi Qoran Breqoviç Türkiyənin Çanaqqala şəhərində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, 52-ci Beynəlxalq Troia Festivalı çərçivəsində şəhərin Çimenlik qalasında səhnə alan sənətkar, vaxtı ilə öz repertuarında səsləndirdiyi Balkan klassik musiqi əsərlərini ifa edib. Konsertdə bəstələdiyi film musiqiləri ilə dünya mədəniyyətində yeri olan sənətkar, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, dünya şöhrətli sənətkarın bir sıra musiqi əsərləri Azərbaycan və Türkiyənin tanınmış sənət adamları tərəfindən ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə