Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq. SİA-nın verdiyi xəbərə görə, noyabr ayında xalq artisti, tanınmış müğənni Gülağa Məmmədovun 90 illiyinə, dekabr ayında xalq artisti, tanınmış bəstəkar Ağadadaş Dadaşovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq rəssamı Nadir Əbdürrəhmanovun 90 illiyinə həsr olunmuş sərgi, xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş festival, SSRİ xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB