Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda bərpaçı rəssam, əməkdar mədəniyyət işçisi, pedaqoq Gülşən Hacıyevanın fərdi rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Gülşən Hacıyevanın sayca dördüncü olan fərdi sərgisinin sənətkarın yubileyi ərəfəsində keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyiblər. Bildirilib ki, sərgidə təqdim olunan 150-dək əsərlərin möhtəşəmliyindən bəhs edib.
Gülşən Hacıyeva ona göstərilən diqqət və qayğıya görə iştirakçılara təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Həmçinin rəngkarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq sənətinə aid olan müxtəlif mövzulu portretlər nümayiş olunub. Sərgi avqustun sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB