Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda aşkarlanmış iki qədim yaşayış yerində iyulun 20-dən tədqiqatları davam etdirəcək.
Bu barədə AZƏRTAC-a institutun sektor müdiri Səfər Aşurov məlumat verib. Alim qeyd edib ki, bizim eradan əvvəl IV-II minilliklərə aid olan bu abidələrdə aparılacaq tədqiqatlar nəticəsində mədəni təbəqələr öyrəniləcək.
Arxeoloqlar muxtar respublikanın digər ərazilərində də geniş tədqiqatlar aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB