Yeni tamaşanın premyerası olacaq FOTO

Yeni tamaşanın premyerası olacaq FOTO

Bu gün saat 19.00-da Akademik Milli Dram Teatrında "Nağıllar aləmində" adlı yeni tamaşanın premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, folklor nümunələri əsasında hazırlanmış tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru Xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən, gənclərlə hazırlanan tamaşada Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızı papaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) iştirak edirlər.

Qeyd edək ki, bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.

Bütün xəbərlər Facebook səhifəmizdə