İyunun 22-də Heydər Əliyev Sarayında Alla Duhovanın rəhbəri olduğu şou-balet "Todes"in "Attention" adlı konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Todes" şou-baleti təkcə MDB-də deyil, həmçinin Avropa və dünyada ən yaxşı rəqs kollektivi kimi məşhurdur.
Heydər Əliyev Sarayında təşkil olunacaq konsertdə tamaşaçılar səs və rəng effektindən, tək və kollektiv halda təqdim edilən rəqslərdən zövq alacaqlar.
Qeyd edək ki, 22 iyun, saat 19:00-da başlayacaq konsertlərin biletləri 10-50 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB