"Yüksəliş" filminin təqdimatı olacaq

"Yüksəliş" filminin təqdimatı olacaq

Xalq Artisti Vasif Babayevin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeriy Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Qeyd edək ki, film 26 may, saat 19:00-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə