Bu gündən etibarən Nizami Kino Mərkəzində "Dəlisov Maks: Qəzəb yolu" və "İdeal səs-2" filmlərinin nümayişi başlanıb. SİA-nın verdiyi məlumata görə, "Dəlisov Maks: Qəzəb Yolu" filmi Avstraliya və ABŞ kinematoqrafçılarının istehsalıdır.
Triller, döyüş və macəra janrında olan filmin rejissoru və ssenari müəllifi Corc Millerdir. Yaş məhdudiyyəti 18+ olan film "Gələcək ağılsızlara məxsusdur" sloqanı ilə çıxış edir.
"Dəlisov Maks: Qəzəb Yolu" filmi, həyat yoldaşının və oğlunun qisasını alandan sonra "Əsas güc patrulu" sıralarını tərk edib ucqar bir məkanda həyat sürən Maks Rokotanskidən bəhs edir. Dünya dərin neft krizisi və qlobal müharibə şəraitinə daxil olduğu bir zamanda Maks bu post-apokaliptik boşluqda həyatda qalmaq üçün orda məskən salmış amansız döyüşçülərlə mübarizə aparmağı öyrənmək məcburiyyətindədir. Filmdə baş rollara Tom Hardi, Şarliz Teron, Nikolas Holt, Rouzi Xantinqton-Waytli, Zoi Kravits, Rayli Kio, Neytan Cons, Xyu Kiyas-Bern, Meqan Qeyl, Ebbi Li və başqaları çəkilib.
Rejissoru Elizabet Benksin, ssenari müəllifi Key Kennon və Mikki Repkin olan "İdeal səs -2" filmi musiqili komediya janrında çəkilib. Yaş məhdudiyyəti olmayan filmin sloqanı "Biz meydanlara geri qayıtdıq" olub.
Filmdə rollara Anna Kendrik, Rebel Uilson, Heyli Staynfeld, Brittani Snou, Skaylar Estin, Adam Divayn, Keti Saqal, Anna Kemp, Ben Platt, Aleksis Nep və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB