Muzeylərin iş vaxtı dəyişdirilib

Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzləri və muzeylərinin iş vaxtı dəyişdirilib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzləri və muzeylər 1-30 iyun 2015-ci il tarixlərində, saat 21.00-dək əhaliyə xidmət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə