Kukla Teatrının may REPERTUARI

Mayın 1-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Məlikməmməd" və "Qoçaq Əhməd" tamaşaları göstəriləcək. Uşaqlar "Qoçaq Əhməd" tamaşasına, həmçinin mayın 10-u, 15-i, 22-si və 31-də baxa biləcəklər. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, teatrın kollektivi mayın 2-də Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri"ni, 3-də Abdulla Şaiqin "Tıq-tıq və Taq-taqın nağılı"nı və "Qoğal" tamaşasını göstərəcək. Uşaqlar "Qoğal"a, həmçinin mayın 9-da, 17-də, 24-də, 28-də, 30-da tamaşa edəcəklər.

Azərbaycan xalq nağılı əsasında hazırlanmış "Sehrli üzük" tamaşası mayın 9-da, "Ağ Babanın nağılı" ayın 10-11-də və 31-də göstəriləcək. Mayın 11-də, 23-də və 29-da "Çipollino" tamaşası təqdim ediləcək. Kəmalə Ağayevanın "Göyçək Fatma"sı mayın 15-də və 30-da nümayiş olunacaq.

Uşaqlar mayın 16-da "Karlson", 22-də "Cırtdan", 23-də "Zınqırovlu pişik" tamaşalarına baxa bilərlər. "Ələddin" tamaşası mayın 24-də, "Cik-cik xanım" isə mayın 28-də göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə