Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsinin növbəti ünvanı Gədəbəy rayonudur. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkil etdiyi tədbir aprelin 27-də saat 18.30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Layihə çərçivəsində Gədəbəyin mədəniyyətinin tarixi və müasir zənginliklərini, adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri, mətbəx nümunələri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.
Qeyd edək ki, il ərzində "Bölgələrdən paytaxta" layihəsi üzrə Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir və Abşeron rayonlarının da Bakı şəhərində mədəni tədbirləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB