Azərbaycan Beynəlxalq Kann kinofestivalında

Azərbaycan Beynəlxalq Kann kinofestivalında

13-24 may 2015-ci il tarixində 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək.

Dünyanın ən mötəbər kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə