“Dahi sənətkar”

Xəlil Rza Ulutürk adına kütləvi kitabxanada "Dahi sənətkar" adlı dəyirmi masa keçirilib. Kitabxanadan SİA-ya verilən məlumata görə, tədbirdə oxu zalının müdiri Ayşən Məmmədova, kitabxananın şöbə müdiri Afət Nəsirzadə və başqaları Rəşid Behbudovun həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Kitabxananın foyesində "Dahi sənətkar" adlı sərgi nümayişi olunub.

Qeyd edək ki, tədbirdə Rəşid Behbudov haqqında məruzə dinlənilib və sənətkarın sənət dünyasından söz açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə