Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti təlimini Rusiya Federasiyasının turizm bazarının öyrənilməsinə həsr edib. SİA-nın verdiyi məlumata görə, 2015-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün nəzərdə tutulan təlim baş tutub.
Xarici ekspert xanım Helen Lloydun iştirakı ilə təşkil olunan təlim ölkəmizin turizm bazarında çalışan 30-dan çox mütəxəssisi bir araya gətirib.
Təlim zamanı iştirakçılar Rusiyanın səyahət bazarının əsas göstəriciləri, Rusiyanın Görüşlər Sənayesi (biznes turizmi) bazarının strukturu və zəmini barədə məlumatlandırılıblar.
Həmçinin xanım Lloyd Rusiyanın təşviqat və korporativ görüşlər bazarı barədə dəyərli məlumatlar verərək, iştirakçılara ölkənin Görüşlər Sənayesi bazarının xidmət tələbləri barədə danışıb. Rusiyanın Görüşlər Sənayesi bazarına daxil olma və bazarda özünü təşviq etmə yolları təlimdə diqqət mərkəzində olub.
Təlim iştirakçıları qruplara bölünərək Rusiyalı səyahətçilərin ölkəmizə cəlb olunması yolları, Bakıda Rusiyalı qonaqlar üçün maraqlı olacaq görməli yerlər və adət ənənələr barədə müzakirələr aparıb və bu istiqamətdə əsas komponentləri təyin etməyə səy göstəriblər.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.
Bu məqsəd ilə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB