“AİTF-2015” haqqında Türkiyədə proqram yayımlanıb

“AİTF-2015” haqqında Türkiyədə proqram yayımlanıb

Bakıda keçirilmiş "AİTF-2015" sərgisi Türkiyənin turizm kanalı olan "World Travel Channel"də geniş işıqlandırılıb. SİA-nın verdiyi məlumata görə, kanalın "Şehrin Günlüyü" adlı proqramında sərgi haqqında və Azərbaycanda turizmin inkişafı haqqında Nazir Əbülfəs Qarayevin müsahibəsi yer alıb. Bununla yanaşı, sərgidə iştirak edənlərin və digər xarici qonaqların fikirləri proqramda öz əksini tapıb.

Həmçinin proqramda bildirilir ki, sərgidə dünyanın 40 ölkəsindən 350-dən şirkət iştirak edib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin "World Travel Channel" kanalı ilə əməkdaşlıq çərçivəsində il ərzində silsilə verilişlər və reklam çarxları yayımlanıb.

Proqramı aşağıdakı link vasitəsilə izləmək mümkündür:

http://wtc.com.tr/WebTv/E-939/Azerbaycan-Uluslararasi-Turizm-Fuari

Bütün xəbərlər Facebook səhifəmizdə