Bakıda "Gecə Snayperləri" qrupunun konserti olacaq. SİA-nın verdiyi məlumata görə, əfsanəvi qrup konsertində yeni albomundan mahnılar və ən yaxşı "snayper" hitləri təqdim edəcək.
2013-cü ilin dekabrında "Gecə Snayperləri" qrupu öz 20 illiyini qeyd edib. Qrupun Berlin, Nyurnberq, Vyana, Praqa, Varşava, Riqa, Tallin, Vilnus, Antverpen, London, Paris, Tbilisi, Minsk, Təl-Əviv, Sinqapur və Honkonqda konserti olub.
2014-cü ilin iyul ayında Diana Arbenina 40 yaşını konsert marafonu ilə qeyd edib. Öz yubileyində müğənni "Şar üzərində oğlan" solo albomunu təqdim edib. "Snayperlər"in hesabında onlarla hit, minlərlə pərəstişkar və uğurlu konsertlər var. Əfsanəvi qrupun hər çıxışı unudulmaz bayramdır.
Qeyd edək ki, konsert 11 iyul, saat 20:00-da Yaşıl Teatrda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB