Əməkdar artist Nahidə Orucova yaradıcılığından danışıb. SİA-ya açıqlama verən əməkdar artist iki filmdə rol aldığını dilə gətirib: "Mən "100 kağız" və "Yarımdünya" filmlərində balaca bir rola çəkildim. Düşünürəm ki, rolun böyüklüyündən asılı olmayaraq mənə tapşırılan vəzifənin öhdəsindən gələ bildim. Hesab edirəm ki, tamaşaçıya maraqlı və fərqli nə isə vermək lazımdır. Bu filmlə də tamaşaçı ekran qarşısında əyləşib istədiyini ala biləcək. Ümid edirəm ki, adını çəkdiyim filmlər tamaşaçılar tərəfindən bəyəniləcək. Onu da deyim ki, "100 kağız filminin premyerası 8 aprel, "Yarımdünya filmi isə 9 aprel tarixində izləyicilərin ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB