“Qobustanda Novruz” adlı tədbir keçirilib FOTOLAR

“Qobustanda Novruz” adlı tədbir keçirilib FOTOLAR

Qobustan Milli Tarix Bədii qoruğunda "Qobustanda Novruz" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri, o cümlədən Atəşgah, Yanardağ, Pir Hüseyn xanəgahı qoruqları, Xalça muzeyi və Cəlil Məmmədquluzadənin ev muzeyinin əməkdaşları iştirak edib. İlk öncə tədbir iştirakçıları Qobustan muzeyi və abidələri ilə tanış olmuş, daha sonra onlara Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən Yallı rəqsi təqdim olunub. Qoruğun direktoru Məlahət Fərəcovanın salamlama və təbrik nitqindən sonra, AMEA-nın Folklor İnstitutunun dosenti Şakir Albalıyev Novruz ənənələri haqqında elmi-fəlsəfi nöqteyi nəzərdən məlumat verib. Tədbirin bədii hissəsini Bülbül adına orta ixtisas məktəbinin yetirmələri öz ifaları ilə işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə