Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin əvvəlində konsertin aparıcısı Rahib Azəri və Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Akif Süleymanbəyli dahi musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışmış, onunla bağlı xatirələri yada salmış, Azərbaycanda caz musiqisinin inkişafında V.Mustafazadənin böyük rolunu qeyd ediblər.
Konsert proqramında A.Süleymanbəylinin rəhbərliyi altında məktəbin müəllim və şagirdlərinin ifalarında Vaqif Mustafazadənin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Əlibaba Məmmədovun caz üslubunda oranjiman edilmiş əsərləri, habelə qərbin klassik və caz musiqisi səslənib.
Konsertdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri ilə yanaşı paytaxtın Q.Qarayev adına Mərkəzi İncəsənət və L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi məktəblərinin müəllimləri də çıxış ediblər.
Qeyd edək ki, konsert məktəbin uşaqlardan ibarət "Aysel" rəqs qrupunun ifasında "Azərbaycan" rəqs-kompozisiyası ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB