Aktyor uşaqları sevindirəcək AÇIQLAMA

Aktyor uşaqları sevindirəcək AÇIQLAMA

"Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni ab-hava olmaqla yanaşı, bir-birindən gözəl tamaşalar da nümayiş etdirilir". Bunu SİA-ya açıqlamasında əməkdar artist Rəhman Rəhmanov söyləyib: "Kukla Teatrının direktoru Rəşad Əhmədzadə yaradıcı insanlara böyük qiymət verir və dəstəkləyir. Onlardan da biri mənəm ki, teatrımızın rəhbərliyi mənə böyük qayğı göstərir. Buna görə də teatrımızda yeni-yeni obrazlarda, tamaşalarda rol alıram. Onu da deyim ki, bu yaxınlarda özüm yeni bir tamaşa üzərində işləyirəm. Belə ki, Azərbaycanın xalq nağılı olan "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşasını yeni quruluşda səhnədən balaca tamaşaçılarımıza təqdim edəcəyəm. Düşünürəm ki, sözügedən tamaşa uşaqların xoşuna gələcək".

Qeyd edək ki, əməkdar artist Rəhman Rəhmanov Teatr Xadimləri İttifaqı tərəfindən təsis olunan "SƏNƏTKAR" medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə