Ölkəmizdə təşkil olunacaq "I Avropa Oyunları"na hazırlıq məqsədilə Mingəçevir şəhərinin Gənclər Evində xidmət sahəsi üzrə təlim-tədris kursları başlayıb. SİA-nın verdiyi məlumata görə, Mingəçevir şəhərinin mehmanxanaları ilə yanaşı, Gəncə və Naftalan şəhərindən olan mehmanxana əməkdaşları ilə birlikdə 100 nəfər dinləyicinin iştirak etdiyi təlim-tədris kurslarında əsasən 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edir.
Həmçinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müəllim heyəti ilə Mingəçevir Turizm Kollecində görüş keçirilib.
Mart ayının 10-da kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində 10 ildən artıqdır ki, respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Avropa Oyunlarına gələcək idmançılara və qonaqlara ümumilikdə turistlərə yüksək xidmət göstərmək məqsədilə Mingəçevir təlimlərindən sonra 06-13 aprel tarixində mehmanxana əməkdaşları üçün Bakı şəhərində bu istiqamətli təlimlərin keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB