“Gecə yarısı soyğunçuluq” tamaşası nümayiş olundu AÇIQLAMA

“Gecə yarısı soyğunçuluq” tamaşası nümayiş olundu AÇIQLAMA

Ağdam Dövlət Dram Teatrında Miroslav Mitoreviçin "Gecə yarısı soyğunçuluq" tamaşası nümayiş etdirilib. Bu haqda SİA-ya teatrın baş rejissoru Sərvər Əliyev söyləyib: "Əsas rolları Cəmilə Məmmədzadə, Suliddin Quliyev, Afəridə Sabirqızı, Elşən Cavadov, Nizami Ələkbəroğlu və başqaları ifa ediblər. Bu tamaşaya Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev də dəvət olunub. Ancaq əsas rollardan birini canlandıran Elşən Cavadov xəstələndiyi üçün onun rolunu mən ifa etdim. Onu da deyim ki, əsər ailə-məişət mövzusunda olsa da ancaq buradakı mətnaltı mənalar cəmiyyətə mesajlar ünvanlanır. Biz bununla söyləmək istəyirik ki, hansı peşəyə yiyələnməyinizdən asılı olmayaraq hər kəs çalışdığı sahədə və ailəsində təmiz, düzgün münasibətlər qurmalıdır. Belə ki, ticarət mərkəzində oğurluq etmək istəyən şəxs sonda biləndə ki, orada çalışanlar oğrudan da betərdi, o zaman o, oğurluqdan imtina edir və hadisə yerinə polisi özü çağırır. Bir sözlə tamaşamız izləyicilərə təqdim olundu və sevinirəm ki, hər kəs bəyəndi".

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə