“Parlaq Zəka”da teatr səhnəsi FOTOLAR

“Parlaq Zəka”da teatr səhnəsi FOTOLAR

"Parlaq Zəka" oyunu zamanı zəkalılar "Azərbaycan teatrı" mövzusunda olan biliklərini nümayiş etdiriblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nicat Bayramov, sarı yolda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Əsədzadə, yaşıl yolda isə Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi Məsud Qaradağlı mübarizə aparıb. Bu qarşılaşmanın təəssüf ki, qalibi olmayıb. Oyun barədə layihənin rəhbəri Aydın Piriyev fikirlərini SİA ilə bölüşüb. "Zəkalarımız təəssüf ki, bu oyunda öz biliklərini layiqincə göstərə bilmədilər. Nəticədə onlar 1/4 mərhələdə iştirak şansını azaltdılar, lakin tam itirmədilər. Çünki onlar tribuna da əyləşərək belə iştirak şanslarını artıra bilərlər. "

Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə