Tariximiz qürurumuzdur

Yanvarın 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş açıq tarix dərsi keçirilib. Heydər Əliyev Mərkəzinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində baş tutan açıq tarix dərsində şəhər 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Mərkəzin direktoru Seyidzadə Şəfiyeva mövzu ilə bağlı məruzə edib.

Məşğələdə şagirdlərə Azərbaycanın qədim köklərə malik çoxəsrlik tarixi, ordu və dövlət quruculuğu, dövlət xadimləri, həmçinin 20 Yanvar faciəsinin dəhşətləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, zaman–zaman mənfur düşmənlərimiz tərəfindən xalqımıza qarşı soyqırımı aktları, ağır cinayətlər törədilsə də, əzəli Azərbaycan torpaqları işğal edilsə da, bu böyük xalqın iradə əzmini qırmaq mümkün olmayıb.

Açıq dərsdə işğal altında olan Azərbaycan torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağından azad ediləcəyinə əminlik ifadə olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının Heydər Əliyev dövlət idarəçilik məktəbini uğurla davam etdirən güclü siyasi lideri vardır. Azərbaycan Prezident İlham Əliyev rəhbərliyi ilə sabaha doğru inamla addımlayır.

Açıq dərsində mövzu bağlı videofilmlər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə