Azərbaycan Yazıçılar Birliyində (AYB) Finlandiyanın "Ntamo" nəşriyyatında dərc olunan "Azərbaycanın lirika antologiyası"nın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, kitabı Tahirə Cəfərova tərtib edib. Kitabda iyirmi yeddi şairin şeiri yer alıb. Şeirləri fin dilinə Tahirə Cəfərova, Leevi Lehton, Hannu Məkələ, Yukka Mallinen, Timo Malmi tərcümə ediblər.
Kitabın təqdimat mərasimində AYB-in sədri, xalq yazıçısı Anar "Azərbaycanın lirika antologiyası"nı tərtib edən Tahirə Cəfərovaya təşəkkür edib, ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim edib.
İlk dəfə fin dilində belə bir antologiyanın nəşr olunması yüksək qiymətləndirilib və bu istiqamətdə işin ardıcıl aparılması diqqətə çatdırılıb.
Qeyd edək ki, mərasimin sonunda çıxış edən Tahirə Cəfərova bundan sonra da Azərbaycan ədəbiyyatının təbliği istiqamətində mühüm işlər görəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB