“Qatarın altına atılan qadın”

Yazıçı, əməkdar incəsənət xadimi Afaq Məsudun "Qatarın altına atılan qadın" tamaşası nümayiş ediləcək. SİA-nın verdiyi məlmata görə, tamaşada baş rolları Gültəkin Sarabskayanı əməkdar artist Kəmalə Hüseynova ifa edir. İkihissəli tragikomediyada əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Pərviz Bağırov (nəzarətçi), Hicran Nəsirova (tumsatan), Kazım Abdullayev (rejissor), aktyorlar Rəşad Bəxtiyarov (qəzetsatan), Elnar Qarayev (dilənçi) və Şəhla Əliqızı (rejissor köməkçisi) çıxış edirlər.

Tamaşaya Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib. Tamaşada Mişel Leqranın musiqilərindən istifadə edib.

Nəzərinizə çatdıraq ki, "Qatarın altına atılan qadın" tamaşası Tehranda keçirilən 31-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş edilib və iran tamaşaçılarının rəğbətini qazanıb.

Qeyd edək ki, tamaşa yanvarın 13-də Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə