Alim Qasımov Tehranda konsert verəcək

Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycanın xalq artisti Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsertdə xalq artisti qızı Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

Konsert proqramında Alim Qasımovu Tehran Simfonik Orkestri müşayiət edəcək.

Qeyd edək ki, konsert yanvar ayının 11 və 12-də "Vəhdət" Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə