Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda o, istedadlı yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.
Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.
İlk tamaşanın premyerası bu ilin dekabr ayının 12-i və 13-də baş tutacaq.
Qeyd edək ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün 2015-ci ilin may ayında Bakıya ezam olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB