Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir. SİA-nın verdiyi məlumata görə, toplantıda ölkəmizi Azərbaycan respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının Baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatı dinlənilmiş və 2015-ci il üçün tədbirlər planı təsdiq edilmişdir. Bundan əlavə Düsen Kaseinovun 2017-ci ilədək yenidən təşkilatın baş katibi seçilməsi və Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı qərar qəbul edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ötən illər ərzində Azərbaycan hökumətinin TÜRKSOY çərçivəsində keçirdiyi layihələrdən söz açaraq, növbəti ildə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB