Azərbaycanlı aktrisa Məlahət Abbasovanın xalq yazıçısı Elçin Əfəndiyevin "Şekspir" pyesi əsasında hazırladığı eyniadlı tamaşa Türkiyədə növbəti dəfə uğur qazanıb. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Çox xoşbəxtəm. Çünki tamaşamız 8-ci "2013-2014 dizayn mükafatı"na layiq görülüb. Mükafatı İstanbul şəhər teatrları arasında ancaq "Şekspir" tamaşası qazanıb. Əvvəllər də bu tamaşanın dekor işi iki ayrı mükafata layiq görülüb. Bundan başqa, bu səhnə əsərində rol alan beş nəfər aktyor və aktrisa da "İlin ən yaxşı sənətçiləri" mükafatına layiq görülüblər. Bu qaliblər Türkiyədə fəaliyyət göstərən 147 teatr arasından seçilib".
Qeyd edək ki, "Şekspir" tamaşasının bəstəkarı Aygün Səmədzadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB