“Sonuncu” filmi mükafata layiq görülüb

“Sonuncu” filmi mükafata layiq görülüb

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsalı olan "Sonuncu" filmi London Şəhər Beynəlxalq Film Festivalında (London City İnternational Film Festival) əsas müsabiqə proqramında iştirak edib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, 17 filmin üç mükafat uğrunda mübarizə apardığı nüfuzlu London Media, Film və TV Akademiyasının dəstəyi ilə keçirilən festivalda ölkəmizi təmsil edən "Sonuncu" filmi "Tamaşaçı rəğbəti" ("Audience prize") mükafatına layiq görülüb.

Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya Müharibəsi veteranı haqda olan yeni ekran əsərində rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə