“Sönmüş talelər” nümayiş olundu

“Sönmüş talelər” nümayiş olundu

Bu gün Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində kollektiv yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış edib.

Tədbiri Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova açaraq tamaşaçıları salamlayıb. Bildirib ki, tamaşa narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunub: "Dərbənd teatrı noyabr ayının 6-dan 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək. Tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edirlər".

Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Qeyd edək ki, tamaşa izləyicilər tərəfindən çox bəyənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə