“Evronyus” “Bakı Beynəlxalq Caz Festivalı-2014” dən reportaj hazırladı

“Evronyus” “Bakı Beynəlxalq Caz Festivalı-2014” dən reportaj hazırladı

"Evronyus" telekanalında Mədəniyyət və Turizm Nazirliyinin və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Bakı Beynəlxalq Caz Festivalı-2014" haqqında reportaj yayımlayıb. SİA-nın verdiyi məlumata görə, reportajda qeyd olunur ki, yerli və xarici cazmenlərin iştirak etdikləri caz festivalının açılışı məşhur Krex Taburun ifası ilə yadda qalıb. Süjetdə tanınmış cazmenin fəaliyyəti barədə geniş məlumat verilir. Müəllifin fikrincə, azərbaycanlı Elçin Şirinov da ən parlaq caz ifaçılarından biridir.

Diqqətə çatdırılır ki, 2002-ci ildən bəri hər il təşkil edilən Bakı Caz Festivalı musiqiçiləri dinləmək, istedadlarla tanış olmaq üçün yaxşı fürsətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə