Azərbaycanın xalq artisti Rauf Hacıyevin "Qafqaz əsiri" ("Kavkazskaya plennitsa") operettası Volqoqrad Musiqili Teatrında tamaşaya qoyulub. SİA-nın verdiyi xəbərə görə, ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsinin dəstəyi ilə hazırlanan tamaşanın oktyabrın 4-də premyerası olacaq. 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatrlarında səhnələşdirilən bu əsər Rusiyanın Volqoqrad şəhərində ilk dəfə nümayiş etdiriləcək. Tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın Əməkdar Artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasında məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB