“Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkilib

“Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkilib

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsərləri" sənədli filminin ingilis dilində hazırlanması ilə bağlı layihəsi başa çatıb. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində "Qarabağın mədəniyyət xəzinələri" adlı sənədli film çəkilib.

Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış filmin məqsədi erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünkü taleyi fonunda Qarabağ probleminin tarixi köklərini, ölkəmizin bu bölgəsinin Azərbaycan mədəniyyətində rolunu dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.

Eyni zamanda, filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğu vurğulanıb, Azərbaycanın ayrılmaz bölgəsi olan Qarabağın Qafqazın mədəniyyət ocağı kimi tariximizdə tutduğu mövqenin dünyaya yayılmasına çalışılıb.

Qeyd edək ki, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyin daha əvvəl üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaşı" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" filmini hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə