Bu günün tarixi

Miladi: 09 sentyabr 2014
Hicri: 13 Zülqədə 1435

İlin 252-ci günü
İlin sonuna 113 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06:13
Günəş - 07:14
Zöhr - 13:42
Əsr - 17:48
Məğrib – 20:17
İşa – 21:37

337 — Roma İmperiyası parçalanıb.

1570 — Osmanlı ordusu Kipri tutub.

1776 — Kontinental Konqres Britaniya İmperiyasından ayrılan 13 Şimali Amerika koloniyasının yaratdığı dövlətin Amerika Birləşmiş Ştatları adlanması barədə qərar verib.

1801 — Rus qoşunu Bakı ətrafı əraziləri işğal edib.

1825 — Bethovenin son konserti olub.

1828 — rus yazıçısı Lev Tolstoy anadan olub.

1835 — Fransada senzura: karikatura çəkmək qadağan edilib.

1910 — Fransız təyyarəçisi Leon Moran təyyarədə 100 km/saat limitini keçmişdir.

1911 — Dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəlmişdir.

1913 — Rus pilotu Nesterov ilk dəfə "ölüm ilgəyi" fiqurunu yerinə yetirib.

1914 — Marna döyüşündə almanların əks hücumu nəticə verməyib

1922 — 30 avqust zəfərindən sonra yunan ordularını geri oturdan türk ordusu İzmirə daxil olub.

1926 — professor Adilə Namazova anadan olub.

1937 — Səməd Vurğun Fondunun prezidenti və Səməd Vurğun ev-muzeyinin direktoru Aybəniz Vəkilova anadan olub.

1944 — Bolqarıstan faşizmdən azad olunub.

1948 — Koreya Xalq Demokratik Respublikasının Müstəqilliyini əldə edib.

1955 — SSRİ və AFR diplomatik əlaqələri bərpa ediblər.

1970 — VAZ 2101-in seriya istehsalına başlanılıb.

1971 — Boğaziçi Universiteti yaradılıb.

1976 — Çin Kommunist Partiyasının rəhbəri Mao Tsedun vəfat edib. (d. 1893)

1984 — türk rejissoru və aktyoru Yılmaz Güney ölüb.

1991 — Tacikistanın Müstəqillik günü.

1992 — İspan hökuməti Kataloniyaya muxtariyyət verib.

1993 — İsrail və Fələstin Azadlıq Təşkilatı bir-birini tanıyıblar.

1995 — 1995-ci il "Türkiyə gözəli" olan Yeşim Palandüz elə həmin il "Dünya gözəli" seçilmişdir.

2001 — əfqan komandiri Əhməd şah Məsud vəfat edib.

2009 — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə