Veronada dirijor Yalçın Adıgözəlovun müşayiəti ilə konsert olacaq

Veronada dirijor Yalçın Adıgözəlovun müşayiəti ilə konsert olacaq

Sentyabrın 12-də İtaliyanın Verona şəhərindəki simfonik musiqi konsertləri və opera tamaşaları ilə dünyada məşhur olan "Arena Di Verona" amfiteatrında Azərbaycan musiqisi konserti keçiriləcək. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, konsertdə Azərbaycanın Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri "Orchestra Italiana del Cinema" və "Qarabağ" muğam ansamblı, ölkəmizin məşhur ifaçıları Mənsum İbrahimov, Aygün Bayramova və Azər Rzazadə çıxış edəcəklər.

"İpək yolundan musiqi yolu ilə" adlı konsert proqramında Azərbaycan və italyan klassik və milli musiqisi səslənəcək.

Qeyd edək ki, konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə