Polşanın “Kurier Poludniowy” qəzetində Azərbaycan muğamı haqqında məqalə dərc edilib

Polşanın “Kurier Poludniowy” qəzetində Azərbaycan muğamı haqqında məqalə dərc edilib

Polşanın "Kurier Poludniowy" qəzetində Azərbaycan muğamı haqqında məqalə dərc edilib. SİA-nın verdiyi məlumata görə, məqalədə muğamın qədim tarixə malik olduğu və YUNESCO tərəfindən Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısına daxil edildiyi bildirilir.

Yazıda muğam musiqisinin ifa edilməsində istifadə olunan alətlər və xanəndənin oxuma tərzi haqqında ətraflı məlumat verilir. Azərbaycan muğamının dünya incəsənət inciləri xəzinəsinə əvəzolunmaz töhfə verdiyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə