Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Qədirulla Bağırovun anadan olmasının 65 illik yubileyinə həsr edilmiş "Rənglər dünyası" mövzusunda xatirə sərgisi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, sərginin açılış mərasimində Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək Qədirulla Bağırovun həyat və yaradıcılığından danışıb. Bildirilib ki, sərgidə mərhum rəssamın müxtəlif janrlarda çəkilmiş 71 əsəri nümayiş olunur.
Tədbirdə çıxış edən Xalq Rəssamı Hüseynqulu Əliyev rəssamın özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışaraq deyib ki, Qədirulla Bağırovun əsərləri bir çox muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Sonra Qədirulla Bağırovun həyat və yaradıcılığına həsr olunmuş "Rənglər dünyası" adlı film nümayiş etdirilib.
Qeyd edək ki, daha sonra tədbir iştirakçıları rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB