Nahidə Orucova: "Rejissorlar peşəkar aktyorlardan istifadə etməyə qorxurlar"
Azərbaycanın əməkdar artisti Nahidə Orucova seriallara dəvət olunmamaqdan şikayətlənib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Bildiyiniz kimi, artıq sentyabrdan bir çox seriallar nümayiş olunacaq. Amma təəssüf ki, bu il də mən heç bir serialda rol almadım. Bir serialdan mənə təklif gəldi, ancaq elə məbləğ dedilər ki, mən razılaşmadım. Düşünürəm ki, indi rejissorlar bizim kimi peşəkar aktyorlardan istifadə etməyə qorxurlar. Fikirləşirlər ki, birdən çəkdikləri serialların reytinqləri qalxar. Onu da deyim ki, Musiqili Komediya Teatrında sentyabrdan etibarən tamaşalarımız olacaq. Yeni mövsümə daha dinamik hazırlaşmaq üçün hazırda İsmayıllı rayonunda istirahət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB