Xalq artisti: "Ermənistanı yox etməyə gücümüz var"

Xalq artisti: "Ermənistanı yox etməyə gücümüz var"

Hazırda cəbhə xəttində gedən döyüşlərə xalq artisti Arif Quliyev də biganə qala bilməyib. SİA-ya danışan xalq artisti Azərbaycan ordusuna çox güvəndiyini xüsusilə diqqətə çatdırıb: "Hazırda baş verən münaqişə vətəndaş kimi məni də narahat edir. Ancaq buna baxmayaraq, ordumuzun gücü ermənilərə məlumdur. Biz qısa zaman ərzində Ermənistanı yox etmək iqtidarındayıq. Təəssüf ki, ABŞ və Qərb baş verənlərə hələ də heç bir ciddi münasibət göstərmir. Bu gün Rusiyaya, eləcə də dünyaya Azərbaycan dövlətinin və ordusunun gücü məlumdur. Allah Azərbaycan əsgərini qorusun. Bir sözlə biz onlara çox güvənirik. Ona görə də rahat evimizdə otururuq. Çəkinib, qorxacağımız heç nə yoxdur. Hər zaman haqsızlıqlarla biz qarşılaşmışıq. Günü bu gün də haqlı olaraq torpaqlarımız uğrunda döyüşürük. Xalq artistini kənara qoyub, Azərbaycan vətəndaşı olaraq hər zaman silaha sarılıb, cəbhəyə getməyə hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə