Nazim Səmədov İranda Dövlət Komissiyasının 9-cu iclasında iştirak edib

Nazim Səmədov İranda Dövlət Komissiyasının 9-cu iclasında iştirak edib

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında iştirak edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə iki ölkə arasında müxtəlif sahələr arasında əməkdaşliğın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Tədbirin sonunda iclasın Protokolu imzalanıb.

Protokolun Mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair maddəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqramın imzalanmasına tərəflərin şərait yaradacağı, turizm sahəsi üzrə Azərbaycan və İranın üçüncü ölkələrdən turların təşkil edilməsinə dair razılığa gəldiyi qeyd edilib.

Qeyd edək ki, İran tərəfi kruiz turları və sağlamlıq turizminin təşkili məsələsini Azərbaycan tərəfindən baxılması üçün təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə